Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp Səudiyyə kralını neftin hasilatını artırmağa vadar etdi

“İrandan gündəlik neft hasilatını 2 milyon barelə qədər qaldırmağı xahiş etdim.”

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman əl Saudla telefon danışığında neft hasilatını müzakirə edib.

Din.az xəbər verir ki, bu haqda Ağ Ev rəhbəri öz “Twitter” hesabında məlumat paylaşıb.

“Elə indicə Səudiyyə Ərəbistanı kralı Salmanla telefonla danışdım. İran və Venesuelladakı gərinliklə əlaqədar Səudiyyə Ərəbistanı rəhbərliyindən gündəlik neft hasilatını 2 milyon barelə qədər qaldırmağı xahiş etdim.”, -deyə Tramp yazır.

Onun sözlərinə görə, Səudiyyə kralı bu təkliflə razılaşıb.

Xatırladaq ki, iyunun 23-də “OPEK+” toplantısının iştirakçıları neft hasilatının günə 1 milyon barelə qədər artırılması ilə bağlı ümumi razılığa gəlib. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...