Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Tramp və ərəb şahzadə İrana qarşı fəaliyyəti müzakirə etdilər

Danışılan əsas mövzu İrana qarşı sanksiyalar olub.

Ağ Ev danışıqla bağlı məlumat verib.
Din.az bildirir ki, ABŞ prezidenti Donald Tramp və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zaid Ali Nəhəyyan arasında telefon danışığı baş tutub.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, danışıqların əsas mövzusu İrana qarşı sanksiyalar olub.

Bundan başqa, iki ölkənin əməkdaşlığı və Yaxın Şərqdəki hadisələrin gedişatı məsələlərinə toxunulub.

“Prezident Donald Tramp vəliəhd şahzadə Məhəmməd bin Zaid Ali Nəhəyyan ilə ABŞ-ın BƏƏ-nin milli müdafiəsinə davam edən dəstəyi, regionda ittifaqların gücləndirilməsi və ABŞ administrasiyasının İrana qarşı tətbiq etdiyi dağıdıcı sanksiyaların təsirini müzakirə ediblər”, – deyə qeyd edilib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...