Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Trampdan ərəb dünyasını qəzəbləndirəcək qərar

Yardımların dayandırılması xüsusən fələstinli uşaqlara mənfi təsir edəcək.

ABŞ, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı alıb

ABŞ, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı alıb.

Din.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bildirib.

Hizer Nauert bildirib ki, Agentliyə yardımların dayandırılması xüsusilə fələstinli uşaqlara mənfi təsir edəcək və buna görə narahatdır: “Bununla əlaqədar olaraq ABŞ BMT, müvafiq ölkələr ilə yeni modellər və yanaşmalar üzərində çalışacaq”

Qeyd edək ki, bundan öncə ABŞ mediasında Agentliyə verdiyi 365 milyon dollarlıq yardımın 300 milyon dollarını kəsən ABŞ-ın indi də bu yardımları tamamilə dayandırmaq qərarı aldığı irəli sürülmüşdü.

Agentlik BMT Baş Assambleyası tərəfindən 1949-cu ildə İordaniya, Suriya, Livan, Qərbi İordan və Qəzzadakı fələstinli qaçqınlara yardım məqsədilə yaradılıb. Hazırda Fələstin daxilində və xaricində 5,9 milyon fələstinli qaçqın var.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...