Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Trampdan Fələstinlə bağlı daha bir sərt qərar

“Trampın Fələstinlə bağlı qərarları diplomatik uğursuzluqdur”.

ABŞ Fələsin və İsrail arasında münasibətlərin yaxşılaşdırılması üçün mülki vətəndaşlarla bağlı proqramlara xərclədiyi milyonlarla dollar həcmindəki yardımları məhdudlaşdırmağa başlayıb.

Din.az xəbər verir ki, bundan sonra ABŞ-ın yardımlarından yalnız israilli yəhudi və ərəblər yararlana biləcək. ABŞ Beynəlxalq İnkişaf Agentliyi Prezident Donald Trampın sözügedən qərarına münasibət bildirib:

“Agentlik hazırda Tramp rəhbərliyinin Fələstinə yardımla bağlı qəbul etdiyi qərarlara görə Qərbi Şeriya və Qəzzadakı fələstinlilərlə əlaqə saxlaya bilmir”.

Bəzi ekspertlər Trampın Fələstinlə bağlı qərarlarını diplomatik uğursuzluq adlandırıb.

Qeyd edək ki, Tramp rəhbərliyi bundan əvvəl də Fələstinə göndərilən bir sıra yardımların dayandırılması barədə qərar imzalamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...