Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Trampdan Səudiyyəyə şifrəli mesaj: Silahlar və pullar…

Səudiyyə Ərəbistanına satılmış silahdan əldə edilən pulları göstərən cədvəl …

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşə Ər-Riyada satılmış silahlardan əldə edilən pulları göstərən cədvəllə çıxıb.
Din.az bildirir ki, Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşnerlə səmimiyyəti ilə diqqət çəkən vəliəhd Ağ Evdə baş tutan görüşdə sürpriz bir şəkillə qarşılanıb.

Belə ki, Tramp görüşün media üçün açıq olan hissəsində Səudiyyə Ərəbistanına satılmış silahdan əldə edilən pulları göstərən cədvəl nümayiş etdirib. 12,5 milyard dollarlıq silah satılması ilə bağlı məlumatın qeyd olunduğu A1 vərəqi Tramp hər kəsə göstərib.

Daha sonra isə o, satışı tamamlanması gözlənilən silahlarla bağlı başqa bir cədvəl də nümayiş etdirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...