Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı

“Bir gün kilsədəki çıxışında “türklərlə kürdlər arasında savaş var” ifadəsini işlətdi.

ABŞ Prezidenti Donald Trampın təkidlə Türkiyədən istədiyi keşiş Endryu Bransonun ötən gün keçirilən üçüncü məhkəmə iclasında şahid ifadələri dinlənilib.

Din.az xəbər verir ki, məhkəmədə ifadə verən Levent Alkan adlı şəxs Bransonun terror qruplaşması tərəfdarları ilə yaxın münasibəti olduğunu, onlara yardım etdiyini, bu barədə keşişə dəfələrlə xəbərdarlıq etdiklərini bildirib.

Alkanın sözlərinə görə, məhkəmədə verdiyi ifadələr səbəbindən Bransonun tapşırığı ilə heç bir kilsəyə girə bilmir. Bransonun əvvəl fəaliyyət göstərdiyi kilsənin camaatından olan Levent Alkan İşıq kilsəsinin rahibinin də onun ifadəsini dəyişməsi üçün çalışdığını və tövbə etməyə çağırdığını qeyd edib.

“Bir gün kilsədəki çıxışında “türklərlə kürdlər arasında savaş var” ifadəsini işlətdi. Biz bu fikrə qoşulmuruq. Bizim belə bir düşüncəmiz yoxdur. O, niyə belə düşünür görəsən?” – Alkan bildirib.

Alkan eyni zamanda Bransonun gizli bir otaqda toplantılar keçirdiyini vurğulayıb:

“Bizi o toplantılara buraxmırdılar. Bir gün o otağa girəndə terror qruplaşmasına aid sənədlər gördüm. Qutuların içərisində PKK-ya aid broşürlər vardı. Bir də terror qruplaşmalarının yaratmaq istədiyi Kürdüstanla bağlı xəritə vardı, o xəritədə müəyyən yerlər işarələnmişdi”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...