Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Trampın siyasətinə etiraz edən bəzi müsəlman qrupları iftar süfrəsinə qatılmayıb – Video

Tramp ilk dəfə iftar süfrəsi açdı.

ABŞ prezidenti Donald Tramp vəzifəsinə seçildikdən sonra ilk dəfə Ağ Evdə iftar süfrəsi açıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Amerikadakı müsəlman cəmiyyətinin təmsilçiləri və müsəlman konqress üzvlərindən ibarət 40-dək insan iftara qatılıb. Trampın səyahət qadağası siyasətinə etiraz edən bəzi müsəlman qrupların nümayəndələri Ramazan süfrəsinə qatılmayıb.

Ağ Ev rəhbəri iftarda “Dünyadakı bütün müsəlmanların Ramazanı mübarək! Burada toplaşaraq dünyanın ən böyük dinlərindən birinin müqəddəs ənənəsini qeyd edirik. Burada olmağınız qürurvericidir” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...