Trampın XİN təyin edəcəyi şəxs: İran İsraillə ortaq düşmənimizdir

“İsrail, ABŞ və bölgədə olan ərəb ölkələri ortaq düşmənə sahibdirlər”.
“Biz İranın HƏMAS və “Hizbullah” kimi terrorçu qruplara dəstək olduğunu unuda bilmərik…”
“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, Donald Trampın ABŞ-ın xarici işlər naziri postuna təyin edəcəyi Reks Tillerson İran barədə açıqlama verib.
İranın terrorçu qruplara dəstək verdiyini deyən Tillerson bildirib: “Biz İranın HƏMAS və “Hizbullah” kimi terrorçu qruplara dəstək olduğunu unuda bilmərik. İranın vasitəsilə İsrail, ABŞ və bölgədə olan ərəb ölkələri ortaq düşmənə sahibdirlər.”