Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Trampla Ruhani yenidən üz-üzə: ABŞ İrana qarşı Suriyaya 200 əsgər göndərdi

Tanf hərbi bazasına yenidən əlavə 200 əsgər göndərilib.

ABŞ İran qüvvələri qarşı Suriyanın cənubunda Tanf bazasına 200 əlavə əsgər cəlb edildiyi iddia edilib.

Din.az xəbər verir ki, ABŞ-ın mart ayının əvvəlində xüsusi qüvvələrə mənsub 600 əsgər göndərdiyi Tanf hərbi bazasına yenidən əlavə 200 əsgər göndərildiyi bildirilir.

Anadolu Agentliyinin yaydığı məlumatda bildirilir ki, Suriya sərhədindəki etibarlı mənbələrdən alınan məlumata görə, ABŞ, son həftələrdə Suriyanın cənubundakı hərbi qüvvəsinin artırıb. Agentlik bildirir ki, ABŞ, Suriyanın cənubunda hərbi qüvvəsinin möhkəmləndirərək bölgədəki İran qüvvələrinə qarşı hərbi varlığını gücləndirməyi istəyir.

Qeyd edək ki, adı çəkilən bölgəyə İŞİD terror qruplaşması tərəfindən 3 dəfə hücum təşkil edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...