Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tuba Şah məscidi və Mərdəkan qalasının bərpası türklərə həvalə olunub

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi bərpa işləri aparacaq.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın Böyük Mərdəkan qalasını və qalanın yaxınlığındakı Tuba Şah məscidini bərpa edəcək.

Din.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə TİKA tarixi qalanın və məscidin bərpası haqqında protokol imzalayıblar.

Sənəd aprelin 18-də Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə imzalanıb.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...