Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Tunisdə dövlət qurumlarında niqab geyinilməsi qadağan edilib

Niqab və üzü tamamilə gizlədəcək digər geyimlərlə bağlı qadağalar qoyulur.

Tunis hökuməti təhlükəsizliyin təmin olunması ilə əlaqədar rəsmi dövlət qurumlarında niqabın geyinilməsini qadağan edən qərar qəbul edib.

Din.az APA-ya istinadən verdiyi xəbər verir ki, bununla bağlı Tunisin baş naziri qərar imzalayıb.

Qeyd edək ki, niqab və üzü tamamilə gizlədəcək digər geyimlərlə bağlı bənzər qadağalar Fransa, Belçika, Hollandiya, İsveçrə və digər Avropa ölkələrində qəbul edilib, eləcə də Əlcəzairdə hakimiyyət qadınların işə niqab geyməsini qadağan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...