Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Turistlər üçün hicab sərbəstliyi: Səudiyyyədə daha bir qadağa götürüldü

“Hicab bizim mədəniyyətimizin bir hissəsidir”.

Səudiyyə Ərəbistanına gələn əcnəbi turistlər bundan sonra hicab geyinmək məcburiyyətində qalmayacaqlar.

Din.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyasının sədri Əhməd Əl-Katibin “Bloomberg”ə açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, bununla bağlı qərar qarşıdakı günlərdə rəsmən açıqlanacaq.

Əl-Katib hicab sərbəstliyinin səudiyyəli qadınlar üçün də tətbiq olunma ehtimalından danışıb:

“Bu məsələni heç vaxt müzakirə etməmişik – buna ehtiyac olmayıb. Hicab bizim mədəniyyətimizin bir hissəsidir”.

Qeyd edək ki, son illər Səudiyə Ərəbistanında xüsusilə, qadınlarla əlaqədar bir sıra qadağalar aradan qaldırılıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...