Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk aparıcıdan şərh: “Azərbaycanlılar türklərlə İran arasında müharibəyə imkan verməz!”

“İran əhalisinin yarısı türkdür”.

Türkiyənin “24” kanalında yayımlanan “Farklı görüş” verilişində Türkiyə ilə İran arasında müharibə yaratmaq istəyənlərin qurduğu layihə axmaqlıq adlandırılıb.

Din.az Türkiyə mediasına istiandən xəbər verir ki, bu sözləri verilişin aparıcısı Ardan Zentürk səsləndirib.

Qonaqların fikirlərinə müdaxilə edən aparıcı İranla Türkiyə arasında müharibənin yaşanmayacağından əminliklə bəhs edib və bunun başlıca səbəbini azərbaycanlılarla əlaqələndirib:

“İran əhalisinin yarısı türkdür. Biz türklər ora bomba atdığımız zaman ölən əsgərlərdən yarısının türk olacağını bildiyimiz halda, azərbaycanlı qardaşlarımızdan bəhs edirəm, bu mümkün deyil, edə bilmərik. Bəs İran edə bilərmi? Edə bilməz, çünki əhalisinin yarısını əhatə edən azərbaycanlılar deyər ki, “Sən nə edirsən? Mən türk qardaşımamı..?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...