Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRK APARICININ AZƏRBAYCAN HAQQINDA FİKİRLƏRİ: “COĞRAFİYADA AZƏRBAYCAN ADINDA BİR ÖLKƏNİN OLDUĞUNU BİLMİRDİK” – VİDEO

“Çünki onların qucağında idik, bizi istismar edirdilər!”

Türkiyənin “Akit” TV-sində aparıcının Azərbaycan haqqında söylədiyi fikirlər diqqət çəkib.

Din.az “A24.az”a istinadən bildirir ki, verilişdə Azərbaycandan gələn mesajı oxuyarkən aparıcının üzü gülümsəyib və qarşılıq olaraq salam göndərib.

Daha sonra Ahmet Keser oktyabrın 30-da Türkiyə və Azərbaycan liderlərinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edərkən pencəksiz təkbətək görüşdəki görüntülərdən danışıb və coğrafiyada Azərbaycan kimi bir ölkə haqqında bilmədiklərini dilə gətirib:

“Baxın, bəylər, biz bu coğrafiyada Azərbaycan adında bir ölkənin olduğunu belə bilmirdik. Orda qardaşlarımızın olduğunu belə bilmirdik. Çünki bizə uzaq idilər. Onlar “biz” deyildilər. Bu haqda söhbət belə edilmirdi. Heç yaxın deyildik, onlar orda var idilər, amma bir-birimizi tanımırdıq. Yeganə tanıdığımız alman Halqa, ingilis Corc və fransız Pyer olub. Biz bunları bilirdik. Çünki onların qucağında idik, bizi istismar edirdilər!”

Sözügedən görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...