Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türk bayrağına qarşı böyük hörmətsizlik – Səfirliyin önünə asdılar… + VİDEO

Türkiyənin Beyrut səfirliyində təxribatçı aksiya keçirilib.

Livanda Türkiyənin Beyrut səfirliyi qarşısında toplanan bir qrup türk bayrağı ilə birlikdə üzərində baş fiquru yer alan “Siz də oturduğunuz yerdə oturun” yazılı plakatı binanın baş qapısına asıb.

Din.az xəbər verir Livan prezidenti Mişel Aunun Osmanlı dövlətinin Livanlılara dövlət terroru tətbiq etdiyi istiqamətindəki qalmaqallı ifadələrindən sonra Türkiyənin Beyrut səfirliyində təxribatçı aksiya keçirilib.

Diplomatik mənbələrdən alınan məlumata görə, paytaxt Beyrutun şimalında yer alan Türkiyənin Beyrut səfirliyinin önünə səhərin erkən saatlarında 8 nəfərlik bir qrup gəlib. Polislərin bütün xəbərdarlıqlarına baxmayaraq, səfirlik binasının giriş qapısına qədər irəliləyən şəxslər türk bayrağı ilə birlikdə üzərində baş fiquru və “Siz də oturduğunuz yerdə oturun” yazılı bir ifadənin yer aldığı plakatı binanın baş qapısına asıb.

Təxribatçı aksiya plakatın səfirlikdəki vəzifəli polislər tərəfindən qısa müddətdə endirilməsi ilə başa çatıb. Sözügedən şəxslərin isə prezident Aunun siyasi partiyası Azad Vətənpərvərlər Hərəkatına bağlı olan Omega qrupu mənsubları olduğu ifadə edilir.

Qeyd edk ki, prezident Mişel Aun Livanın quruluşunun 100-cü ildönümü münasibətilə Osmanlı dövlətinə qarşı təhqir məzmunlu bir çıxış etmişdi. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...