Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu

Türkiyədə FETO təşkilatına qarşı mübarizə davam edir.

Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FETO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 həbçi nəzarətə götürülüb.

Din.az “Teleqraf.com”a istinadən bildirir ki, Ankara Respublika Prokurorluğunun yaydığı məlumatda Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FETO-çu imamlarla əlaqələri üzə çıxıb.

FETO ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...