Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

TÜRK İLAHİYYATÇI AZƏRBAYCANDAKI NİKAHLA BAĞLI QANUNU TƏRİFLƏDI, AMMA ÖLKƏMİZƏ İNKİŞAFDAN QALMIŞ DEDİ – VİDEO

Müftilərə nikah kəsmək üçün səlahiyyətin verilməsini düzgün saymayan Abdullah Karaman …

Türkiyənin “Akit” TV kanalında mövzu ilə bağlı qonaq olan mütəxəssis Azərbaycan haqqında söylədiyi fikirləri ilə diqqət çəkib.

Din.az “A24.az”a istinadən bildirir ki, verilişdə Kocaeli Universiteti İlahiyyat fakultəsinin dekanı professor doktor Abdullah Karaman Türkiyədə dini nikahın cəmiyyətdə əhəmiyyətindən, müftilərin nikah kəsməsi haqqında verilən qərarı müzakirəyə çıxararaq qarşılıqlı diskussiya qurublar.

Lakin professorun Azərbaycandakı dini və rəsmi nikahla müqayisə etdiyi zaman söylədiyi fikirlər diqqətdən yayınmayıb.

Belə ki, Türkiyədə müftilərə nikah kəsmək üçün səlahiyyətin verilməsini düzgün saymayan Abdullah Karaman “Biz bunu inkişaf etmiş, hüquqi və sosial bir dövlət olaraq, bir çox dövlətdən də öndə olduğumuzu düşünən bir dövlət olaraq belə bu cür tənzimləməni edirik. Amma bəzən bəzi məqamlarda bizim qədər inkişaf etməmiş dövlətlər bizdən daha gözəl tənzimləmələr həyata keçirirlər. Vətəndaşların haqlarını qorumaq məsələsində, din və vicdan hüriyyəti tərəfindən, dini həssaslığı nəzərə almaq cəhətdən daha yaxşı qanunlar həyata keçirirlər. Bir misal deyim: uzun müddət mən Azərbaycanda qaldım. Orda nikahların necə həyata keçirilməsi marağımı cəlb etdi. Azərbaycanda bizimkindən çox fərqlidir. Rəsmi nikahı dövlətin səlahiyyətli şəxsi həyata keçirir, yanında da onların molla və ya axund dedikləri din adamı olur. Həmin molla dua oxuyur və bu da onların dini nikahını icra etmiş olur. Birinə zaks deyirlər, digərinə kəbin… Orda heç bir problem yoxdur. Hər iki tərəfini də tamamlamış olur”.

Türkiyə mediasında yayımlanan həmin görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...