Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“TÜRK-MÜSƏLMAN BİRLİYİNİN YARADILMASI DAHA ÇOX TÜRKİYƏDƏN ASILIDIR”

Dilavər Əzimli: “Ermənistan Qafqaza gəldiyi kimi, buradan rədd olub gedəcəkdir”.

Rusiya ilə Ermənistan arasında vahid ordu yaradılması ilə bağlı imzalanan saziş türk dövltələri arasında da oxşar müqavilə və sazişlərin imzalanmasının vacibliyi ideyasını aktuallaşdırmaqdadır.

Din.az bildirir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Əslində bu məsələdə gecikirik. Ermənistan bilir ki, regionda proseslər onun xeyrinə işləməyəcəkdir. Bu mənada bütünlüklə Rusiyanın qucağına atılır. Rusiya özü ciddi böhranlarla üzləşibdir. Xüsusən də, iqtisadi böhran… Vəziyyəti getdikcə ağırlaşır. Bu gün bütün türk dövlətləri Türkiyə ətrafında birləşməyə doğru gedir. Türkiyə bu birliyi daha geniş şəkildə həyata keçirir: Türk-Müsəlman birliyi formasında…Bu formatda hərbi sazişlər də bağlanacaqdır. Artıq bəzi dövlətlərlə başlanmaq üzrədir. Hərbi birliklər də yaradılacaqdır. Azərbaycan da bu formatda iştirakını məqəsədəuyğun sayır və bu birliyi dəstəkləyir. Sadəcə olaraq, bizim vəziyyətimiz bir az çətindir. Bir tərəfədən Rusiya, digər tərəfədn İran İslam Respublikası, o biri tərəfdən Rusiyanın forpostu Ermənistan. Bu mənada Türk-Müsəlman birliyinin yaradılması daha çox Türkiyədən asılıdır.

Bu gün Türkiyə daha çox ərəb dünyası problemləri ilə məşğuldur. Bu problemdən sonra istiqamət bizim bölgəyədir. Bu bölgəni isə Türk-Müsəlman birliyi formatında həll edəcəklər. İnşallah proseslər sürətlənəcək və biz də bu cür hərbi birliklərin şahidi olcağıq.
Ermənistan Rusiya ilə hansı birliyi yaradırsa-yaratsın, xeyri yoxdur. Tarix təkrar olunacaqdır, Yəni Qafqaza gəldiyi kimi, buradan rədd olub gedəcəkdir. Onsuz da qanunsuz dövlətdir. Çünki o zaman yaradılanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyibdir. İşğalçı bir dövlətə çevrilibdir. Bunun qorxusundan da Rusiya ilə bu cür birliyə getdi. Burada bizi həm də Rusiyanın bu cür mövqeyi düşündürməlidir. Rusiya bizə qarşı həmişə bu cür addımlar atır. Bu gün Azərbaycan ərazilərini Ermənistan adıyla işğal edibdir. Bu gün Rusiyanın atdığı addım bizdə olan rusiyapərsətlərə yaxşı bir cavabdır. Onlar hələ də Rusiya xəyalı ilə yaşayırlar. Ancaq boğazlarında qalacaqdır. Dünya Türk-Müsəlman birliyi ilə xilas ola bilər. İnşallah bu da baş verəcəkdir!”

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...