Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk Ordusu Afrində – Terrorçular arxalarına baxmadan qaçdı – Şəhərdən ilk GÖRÜNTÜLƏR

Türk Ordusu və Azad Suriya Ordusunun artıq Afrinin mərkəzindədir.

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 58-ci günündə Afrin şəhəri nəzarətə götürülüb.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bölgədən ilk görüntülər yayımlanıb.

Bu gün səhər saatlarında müxalif TSQ və ASO birlikləri Afrin şəhərinin cənub-qərbindən bölgəyə daxil olub.Keçilməz yerlər PYD/YPG-dən təmizlənərək şəhərin mərkəzi də ələ keçirilib.

Bölgədən gələn görüntülərdə Türk Ordusu və Azad Suriya Ordusunun artıq Afrinin mərkəzində olduğu görünür.

14 hissəyə ayrılan şəhərdə əməliyyatın ilkin mərhələdə 4 fərqli mövqedən davam etdirilməsi və 72 saat ərzində daha 3 fərqli mövqelərdən əməliyyata dəstək verilməsi planlaşdırılır.

Bölgədəki təhlükəsizlik qaynaqları, Özəl Qüvvələrə bağlı birliklərin 3 saat ərzində şəhərin 3 məntəqəsində yerləşən kritik məntəqələrin işarələnməsi və kordinatların dəqiqləşdirilməsi üçün sızma əməliyyatına başladılıb.

Əməliyyata mərhələli olaraq Özəl Qüvvələr, ASO, JÖH, PÖH dəstək verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...