Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türk ordusu daxilindən FETÖ izləri silinir

Türkiyədə FETÖ-ya qaşrı mübarizə davam edir.

İstanbulda daha 103 hərbçi həbs olunub

Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizə çərçivəsində İstanbulda 103 hərbçi həbs olunub. Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslərin FETÖ ilə əlaqələri olub.

Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, FETÖ ilə mübarizə çərçivəsində 15153 nəfər Türkiyə Silahlı Qüvvələri sıralarından xaric olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...