Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk Ordusu dua və təkbirlərlə Afrinə yollandılar – “Zeytun budağı” 28-ci günündə… – VİDEO

“Vətən, sənə canım fəda!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”…

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (16 fevral 2018) 28-ci günündədir.

Din.az xəbər verir ki, Türk Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, əməliyyatın başaldığı gündən bu yana 63 məntəqə terrorçulardan təmizlənib.

Bu günə qədər 32 əsgərin şəhid olduğu, 9 sivil vətəndaşın həyatını itirdiyi əməliyyatla bağlı Türkiyənin Baş Qərargahı açıqlama verib. Açıqlamada bildirilib ki, son bir gündə (15 fevral 2018) quru və hava əməliyyatlarında daha 43 terrorçu zərəsizləşdirilib. Bundan əvvəl məhv edilən 1485 terrorçunun sayı əməliyyatın 28-ci günündə 1528-ə yüksəlib.

Həmçinin dünən “Zeytun budağı” əməliyyatında iştirak edəcək əsgərlər Bayburtdan 5 minlik insan kütləsinin təkbir və duaları altında döyüş bölgəsinə göndərilib. Əsgərlərin əməliyyatın keçirildiyi bölgəyə gedəcəyi ilə bağlı məlumat alan təqribən 5 min insan əllərində Türkiyə bayraqları və mindən çox avtomobil karvanı ilə Türk əsgərlərini yola salıblar. 5 min nəfərlik insan kütləsi “Vətən, sənə canım fəda!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər Bizim əsgər!” şüarları səsləndirərək əsgərlər üçün dua ediblər. Daha sonra, əsgərlər tanklarla ərazidən çıxamağa başlayanda təkbir gətirilib.

Türkiyə mediasında yayımlanan görüntüləri sizə təqdim edirik:

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...