Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk ordusunun əməliyyatını Xocalı ilə qaralamaq istəyirlər – Foto

Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” əməliyyatına qara yaxmaq istədilər.

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərət çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı haqqında dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqda maraqlı olan düşmən qüvvələr sosial şəbəkədə saxta məlumatlar yaymağa başlayıblar.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu səpkili məlumatların birində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımına aid orijinal fotodan istifadə olunub. Sosial şəbəkə izləyicilərini aldatmağa çalışaraq yazıblar ki, guya bu fotolar Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatları zamanı çəkilib.

Türkiyə KİV-ləri fotoların Xocalı soyqırımına aid olduğu barədə məlumat yayaraq yalanı ifşa ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...