Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türk Ordusunun ŞƏHİD OLAN 8 ƏSGƏRİNİN görüntüləri yayıldı 

Türkiyə terrorizmə qarşı mübarizəni davam etdirir.

“Zeytun budağı” əməliyyatının 15-ci günündə Türk Ordusu 8 əsgərini şəhid verib.

Din.az xəbər verir ki, əməliyyatın 15-ci günündə 5 türk əsgəri mərminin atdıldığı tankda, 1 türk əsgəri Kilisdə, 1-i Darmık dağında, 1 əsgər də Çukurcada şəhid olub.

Türkiyə mediası Afrinin şimal-şərqində yerləşən Şeyx Horoz bölgəsində terror qruplaşmasının gerçəkləşdirdiyi hücum zamanı tankda şəhid olan 5 əsgərin adlarını və fotolarını yayımlayıb. Onlar Bursalı tank mütəxəssisi Onbaşı Halil İbrahim Aygül, Er Nurullah Secen, tankçı Onbaşı Fırat Karaca, Elazığlı piyada uzman Çavuş Fevzi Gürsü, Giresunlu uzman çavuş Ufuk Akdağdır.

Kilisdə edilən hücum zamanı isə 25 yaşlı Hataylı uzman çavuş Ahmet Bayram şəhid olub, 1-i ağır olmaqla 5 əsgər yaralanıb.

Darmık Dağının yaxınlığında yaşanan qarşıdurma zamanı isə 25 yaşlı Ispartalı uzman çavuş Ali Yılmaz şəhid olub.

Digər tərəfdən Hakkari Çukurcadakı Güven dağında PKK-lı terrorçularla yaşanan silahlı qarşıdurmada ağır yaralanan Niğdeli pidaya Er Muhamməd Osman Akagündüz dünən dünyasını dəyişərək şəhid olub. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...