Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk qazilərdən Qarabağa dəstək – Foto

Türkiyədən olan şəhid ailələri, qazilər və hərbçilər Azərbaycanda …

Millət vəkili Qənirə Paşayeva AXC-nin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədən Azərbaycana gələn şəhid ailələri, qazilər və hərbçilər cəmiyyətlərinin nümayəndələri ilə görüş keçirib.

Din.az xəbər verir ki, millət vəkili görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə geniş məlumat verib.

Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

Deputat iki ölkənin şəhid ailələri, müharibə əlilləri və qazilər cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də söz açıb.

Ölkəmizi çox sevdiklərini deyən qonaqlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərlərinə düşəni etməyə hazır olduqlarını bildiriblər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...