Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türk Silahlı Qüvvələri 46-cı günündə Afrində məhv etdiyi terrorçuların sayını açıqladı

“Zeytun budağı” əməliyyatının 46-cı günü …

Türk Silahlı Qüvvələri “Zeytun budağı əməliyyatının 46-cı günündə zərəsizləşdirdiyi terrorçu sayını açıqladı.

Din.az xəbər verir ki, Afrin şəhərindəki terror təşkilatlarına qarşı aparılan “Zeytun budağı” əməliyyatının 46-cı günündə Türk Silahlı Qüvvələri 77 terrorçunu məhv etməklə zərərsizləşdirdiyi terrorçuların sayını 2872-yə çatdırıb.

Ötən gün davam edən əməliyyat zamanı daha 4 kənd terrorçulardan alınıb, Afrinə qapı açan Cinderesdə isə terrorçuların hədəfləri havadan vurulub. Baş qərargahdan verilən məlumata görə, quru və hava əməliyyatları ilə terror hədəflərinin məhv edilməsi məqsədilə həyata keçirilən əməliyyatda dünən 109 terrorçunun məhv etməklə zərəsizləşdirilən terrorçuların sayının 2795 olduğunu açıqlamışdı.

Axşam saatlarına qədər 46-cı günün tamamında öldürülən terrorçuların sayının artacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...