Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

TÜRK SİYASƏTÇİ ƏSƏBİLƏŞDİ: “Göz üstündə tutduğunuz fələstinlilər erməni soyqırımını qəbul edib”

Fələstinlilərin erməni soyqırımı qəbul etmələrini “arxadan zərbə”dir.

Türk kanallarından birində qonaq olan siyasətçi Faruk Şen fələstinlilərin erməni soyqırımı qəbul etmələrini “arxadan zərbə” adlandırıb.

Din.az xəbər verir ki, politoloq türklərin fələstinlilərə dəstək olmasını tənqid edib və Fələstinin ABŞ-ın əmri ilə erməni soyqırımını qəbul etdiyinə şübhə ilə yanaşıb:

“Almaniya erməni soyqırımını 2016-cı ilin iyul ayında tanıyıb. Almaniyada da 30 min erməni var. Fələstində bir nəfər erməni yoxdur, türklər isə gözlərinin üstündə tutur. Bilirsinizmi ki, 2013-cü ildə Fələstin Parlamenti erməni soyqırımını tanıyıb?! Bunu müsəlmanlığın nəyi ilə əlaqələndirirsiniz? Bu, arxadan vurmaq deyilmi? Fələstinin Ermənistandan nə çıxarı var?”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...