Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türk siyasətçi MÜSƏLMAN ÖLKƏLƏRİNİ TƏNQİD ETDİ – Azərbaycanı isə belə təriflədi – VİDEO

Hardadır o, Səudiyyə Ərəbistanı və sair?

Türkiyədə kanallarından birində qonaq olan siyasətçi Yaşar Okuyan müsəlman ölkələrinə qarşı üsyan edib.

Din.az A24.az-a istinadən xəbər verir ki, siyasətçi Afrin əməliyyatı ilə bağlı Türkiyəyə dəstək olmayan ölkələri tənqid atəşinə tutub.

O bildirib ki, bu vəziyyətdə Türkiyəni dəstəkləməyən ən çox elə müsəlman ölkələridir. Lakin Azərbaycanın adını çəkərək AŞ PA-da Türkiyəyə dəstək olan millət vəkilimizin çıxışını həmin ölkələrə örnək göstərib:

“Ərəb, ərəb alimi, müsəlman ölkələr deyirik. Biri dəstək çıxdımı? Hardadır o, Səudiyyə Ərəbistanı və sair? Hanı o müsəlman ölkələr? Tam əksinə, müsəlman birliyi Afrində PYD-yə dəstək verən məlumatlar yayımlayır. Amma mənim millətimin qanını daşıyan Azərbaycanın AŞ PA-a çıxan qadın millət vəkili “Türkiyənin yanındayıq, can Azərbaycan olaraq da üzərimizə düşən xidməti yerinə yetirməkdə hər an bütün Azərbaycan xalqı olaraq Türkiyənin yanındayıq” deyir. Belə danışan birisi varmı? Bilirsiniz niyə yoxdur? Çünki həmin ölkələrin idarəçiləri Allaha qul deyil, onlar Amerikaya, Vaşinqtona quldurlar. Endirilmişə deyil, uydurulmuş dinin ordakı versiyalarıdır”.

Türkiyə mediasında yayımlanan videogörüntünü sizə təqim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...