Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türk tarixçidən dünyaya ismarış: Uyğurlara işgəncə verilir

İlbər Ortaylı: “Məlumatlar və sənədli filmlər qorxuncdur”.

Çin kimi böyük və istədiyini edən ölkədə bir çox təbii sərvətlərin olduğu, Mendeleyev cədvəlinin bütün elementlərinin tapıldığı Sincan (Şərqi Türküstan) əyalətində uyğurlara böyük təzyiq var.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli tarixçi, professor İlbər Ortaylı “Hürriyət”dəki yazısında bildirib.

“Məlumatlar və sənədli filmlər qorxuncdur. Geniş kütlələr düşərgələrə toplanır, işgəncə və beyin yuyulması metodlarından istifadə olunur”, – professor qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...