Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türk xakerlərdən İsrailə “DƏRS” : Canlı yayıma azan səsi verdilər – VİDEO

İsrailə Qüds məsələsində “cavab” ….

Türk xakerlər Ramazan ayında maraqlı və yaddaqalan “iş”ə imza atıb.
Din.az xəbər verir ki, İsrail telekanallarından birində canlı yayım zamanı aparıcı və qonaqlara təəccüblü anlar yaşadıb.

Belə ki, televiziyanın canlı yayım tezliyinə daxil olan xakerlər arxa fonda AZAN səsi verib. İlk anlarda aparıcı əli ilə “kəsin” işarəsi versə də, AZAN səsi daha da yüksəlməyə başlayıb.
Qeyd edək ki, onlar bunu İsrailə Qüds məsələsində “cavab” olaraq ediblər.
Canlı yayımdakı üçlüyün təəccüb dolu anlarını A24.Az sizə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...