Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1470282840187[1]

Türk zəvvarların 90 faizi müqəddəs torpaqlara çatıb

Share Button

Türk zəvvarların müqəddəs torpaqlara sentyabrın 4-ə kimi girişi var…

Türkiyədən Diyanət İşləri Nazirliyi vasitəsi ilə müqəddəs torpaqlara gələcək olan 61 min 800 zəvvarın 90 faizi Səudiyyə Ərəbistanına çatıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədən gələn zəvvarların böyük hissəsi əvvəlcə Məkkəi-Mükərrəmə gəlmələri üçün Ciddə havalimanına enir.

Bu il ötən illərdən fərqli olaraq türk zəvvarları Ciddə Beynəlxalq Havalimanında çox gözlədilmədən gömrük əməliyyatları cəld şəkildə aparılaraq Məkkədəki otellərinə yollanırlar.

Türk Hava Yollarının xüsusi sələfləri ilə Ciddə havalimanına enən zəvvarları Ərəbistanın isti və nəmli iqlimi gözləyir. Havanın 40 dərəcə olmasına baxmayaraq, təyyarədən enən zəvvarlar nəmli bir havada Ciddədəki istiliyi 50-55 dərəcə olaraq hiss edirlər.

Bu il gömrük yoxlamalarının sürətli aparılması, daha əvvəlki illərdə gələn və uzun növbələrdə duran zəvvarları təəccübləndirib. Həmçinin daha əvvəlki illərdə gömrükdə bir çox vasitələrin keçirilməsi üçün sıxıntı olarkən, bu il əməliyyatlar daha sürətli və diqqətlə, asan şəkildə aparılır.

Qey edək ki, Türkiyədən gələn zəvvarların Səudiyyə Ərəbistanına girişi üçün son tarix 4 sentyabrdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top