Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə amerikalı keşiş Brunsonu sərbəst buraxacağı tarixi açıqladı – İDDİA

Keşiş Endryu Brunson 12 oktyabrda sərbəst buraxıla bilər.

Terror təşkilatları üçün casusluq etdiyi iddiasıyla Türkiyədə 2 il ev dustaqlığı cəzası alan amerikalı keşiş Endryu Brunsonun 12 oktyabrda sərbəst buraxıla biləcəyi iddia edilib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və ABŞ arasında sanksiyalara məruz qalma həddinə çatan Brunson böhranı səbəbindən iki ölkə tarixin ən böyük gərginliklərdən birini yaşayır.

Ev həbsinə məruz qalan, xaricə çıxış qadağasının qaldırılması üçün edilən etirazı daha əvvəl iki dəfə rədd edilən Brunsonın növbəti məhkəmə iclası 12 oktyabrda keçiriləcək.

Bildirilir ki, prosesi soyutmaq istəyən Ankaranın, Vaşinqton ilə münasibətlərində keçmiş sövdələşmələrin əksinə, yeni bir zəmin axtarışına üstünlük verəcəyi bildirilir.

Qeyd olunur ki, 12 oktyabrda keçiriləcək məhkəmə iclasında Brunsonun sərbəst buraxılacağı iddia edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...