Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə Azərbaycanda 15-ci şəhidliyi açmaq istəyir

Azərbaycanda 14 türk əsgəri şəhidliyi var.

Türkiyə səfirliyi Azərbaycanda olan türk əsgərlərinin şəhidliklərini yeniləməyə başlayıb.

Din.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı – Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi iftar süfrəsində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.

E.Özoralın sözlərinə görə, Türkiyə Azərbaycanda 15-ci şəhidliyi açmaq istəyir: “Şəhidliklərin bərpasına başladığımız zaman MÜSİAD Şamaxıda olan şəhidliyin təmirini öz üzərinə götürmək istədi. Biz də məmnuniyyətlə buna razılıq verdik. Tezliklə bütün işlər yekunlaşacaq. Azərbaycanda 14 türk əsgəri şəhidliyi var. Hazırda 15-ci şəhidliyin açılması üçün danışıqlar gedir”.

Qeyd edək ki, 15-ci şəhidliyin Xaçmaz rayonu ərazisində olacağı deyilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...