Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə Baş Prokurorluğu Kaşıkçının öldüyünə dair dəlil tapıb

Səudiyyəli jurnalist Camal Kaşıkçı öldürüldümü?

Türkiyə Baş Prokurorluğunun əməkdaşları səudiyyəli jurnalist Camal Kaşıkçının öldürüldüyünü sübuta yetirə biləcək dəlil tapıblar.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə idarədəki mənbəyə istinadən “Al Jazeera” məlumat yayıb.

Telekanal nümayəndəsinin sözlərinə görə, Kaşıkçının Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda öldürülməsi ehtimalı var.

Bundan əvvəl Türkiyə polisinin səudiyyəli jurnalist Camal Kaşıkçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olduğu xəbər verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...