Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə də ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir – Politoloq şərhi

Bronsonun azad edilməsi Türkiyə-ABŞ münasibətlərinə təsir göstərəcək?

“Bransonun həbs müddəti bitdiyi üçün o, azadlığa buraxılıb”.

Din.az bildirir ki, A24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Bransonun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

O bildirib ki, türkiyə hökuməti keşişin azadlığa buarxılmasından faydalanmalıdır: “Türkiyədə müstəqil məhkəmə sistemi var. Branson hakimin qərarı ilə azadlığa buraxılıb. Əlbəttə, Türkiyə hökuməti də hakimin bu qərarından faydalanmağı bacarmalıdır. Amerikadan hərbi təyyarələr də almalıdır”.

Politoloq hesab edir ki, keşiş Bransonun azadlığa buraxılması Türkiyə ilə ABŞ arasında münasibətlərin nisbətən normallaşması prosesi ola bilər. O, buna baxmayaraq, iki ölkə arasında münasibətlərin normallaşmasına ümid etmədiyini bildirib: “Amma nəzərə alaq ki, Fətullah Gülən də Amerikada yaşayır və Türkiyə də onun ekstradisiyasını tələb edir. Amerika da bu məsələdə Türkiyə ilə razılaşmır. Bununla yanaşı, Amerikanın Suriyada PKK-ya dəstək verməsi Türkiyəni olduqca narahat edir. Bransonun da həbsi münasibətləri daha da gərginləşdirmişdi. Keşişin azadlığa buraxılması, yenə deyirəm, münasibətləri nisbətən normallaşdırmağa gətirib çıxara biləcək. Amma iki ölkə arasındakı problemləri həll etməyəcək. Bundan sonra ABŞ ilə Türkiyə arasında münasibətlərin normallaşmasına o qədər də ümid etmirəm. Çünki ABŞ-ın Türkiyə vətəndaşlarına qərəzli münasibəti, terrorçulara silah dəstəyi və digər amillər iki ölkə arasında siyasi münasibətlərin yaxşılaşdırılmasına mane olur. Yəni, Branson azad olunsa da, bir çox məsələlər hələ də həll olunmamış qalır”.

Qeyd edək ki, dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə qayıdıb. O, İzmir hava limanından təyyarə ilə vətəninə uçub.

Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...