Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə Diyanət İşləri başqanı: “Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq”

“Məscidlərin, qəbirlərin dağıdılması, bir sözlə islam dininin dəyərlərinə hücumlar qəbuledilməzdir”.

“Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş ölkə Azərbaycanın yanında olduğumuzu açıq şəkildə bəyan edirəm”.

Din.az bildirir ki, bunu Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş deyib.

“Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq. Məscidlərin, qəbirlərin dağıdılması, bir sözlə islam dininin dəyərlərinə hücumlar qəbuledilməzdir”, – deyə A. Erbaş bildirib.

O qeyd edib ki, terrorçunun dini, inancı olmaz: “Terror hamıya zərər vurur. Türkiyə uzun müddətdir PKK, İŞİD, FETÖ terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Dini liderlər Türkiyənin terrora qarşı mübarizəsinə dəstək verməlidir”.  / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...