Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə Erməni Patriarxlığı “Sülh çeşməsi”ni dəstəklədi

“Türkiyə Erməni Patriarxlığı sülhün və insanların sülh şəraitində yaşamalarının önəmini həmişə vurğulayıb”.

Türkiyə Erməni Patriarxlığı “Sülh çeşməsi” əməliyyatına münasibət bidirib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, patriarxlığın mövqeyini Sahak Maşalyan açıqlayıb.

“Türkiyə Erməni Patriarxlığı sülhün və insanların sülh şəraitində yaşamalarının önəmini həmişə vurğulayıb. Yaxın Şərqdə, xüsusilə də Suriyada davam edən savaş və xaos ortamı hamımızı dərindən narahat edir. Təəssüf ki, sülh hər zaman sülh yoluyla təsis edilmir. Terroru sonlandırmaq və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən hərəkatın hədəfinə uyğun formada davam etməsi və tez bir zamanda sabitliyin təmin edilməsi üçün dua edirik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Erməni Apostol Kilsəsi “Sülh çeşməsi” əməliyyatını pisləyən açıqlama yaymışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...