Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə ermənilərinin patriarxı ölüb

M.Mutafyan 1998-ci ildən Türkiyə ermənilərinin patriarxıdır.

Türkiyə ermənilərinin patriarxı ölüb.

Din.az bildirir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Mesrob Mutafyan müalicə Aldığı Yedikule Surp Pırgiç erməni xəstəxanasında ölüb.

Qeyd edək ki, 62 yaşlı M.Mutafyan 1998-ci ildən Türkiyə ermənilərinin patriarxıdır. O, 2008-ci ildən bu yana demensiyadan (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) müalicə alırdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...