Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə-Ermənistan sərhəddində nəzarətsiz quş belə uçmayacaq – FOTOLAR

“Analitik Ekoloji Təhlükəsizlik Sistemi” yaradılır.

Türkiyə və Ermənistan sərhəddində nəzarətsiz quş belə uçmayacaq.

Din.az Türkiyə mediasından əldə etdiyi məlumata görə, Türkiyə Ermənistan sərhəddini “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə 7/24 saat izləyəcək.

Daxili İşlər Nazirliyi tərəfindən göndərilən vəsait hesabına Türkiyə-Ermənistan sərhəddini 7/24 saat izləyəcək kameraların quraşdırılması tamamlanıb.

Sərhəddəki təhlükəsizliyi təmin etmək üçün nazirlik və Qars valiliyinin vəsaiti hesabına Ermənistan-Qars sərhəddinə kənardan gələcək təhlükəni əvvəlcədən xəbər verə bilən, təhlükənin dərəcəsinə görə təsnifləşdirərək əlaqədar sistemləri və ya xidmətləri hərəkətə keçirən “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə sərhəddə nəzarətsiz quş belə uçmayacaq.

Artıq sınaqları keçirilmiş “Analitik Ekoloji Təhlükəsizlik Sistemi” ilə aşkarlanma məsafəsi enerjiyə ehtiyac olmadan çox uzaq bölgələrə qədər ötürülməsi mümkün olacaq.

Çoxzonalı idarəetmə qurğusu olaraq işləyən sistem aşkarlanma aralığını 25 metrdən 400 metrlik zonalara qədər genişləndirə bilir. Yeni sistem ilə bölgə daha etibarlı şəkildə müdafiə olunacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...