Türkiyə güc strukturlarından 323 min FETÖ-çu qovulub

Türkiyədə FETÖ təşkilatına qarşı mübarizə davam etdirilir.
15 iyul çevriliş cəhdindən sonra Türkiyənin güc strukturlarından 323 min nəfər qovulub.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, güc strukturlarından qovulanların hamısının FETÖ ilə əlaqələri olub.
Qeyd edək ki, son 7 ay ərzində Türkiyə ordusundan FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilən 1076 nəfər qovulub.