Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə ilə danışıqlar gedir, saziş isə…

İsrail öz qaz kəmərini Türkiyə vasitəsilə Avropaya çatdırmaq istəyir.

İsraillə Türkiyə arasında qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlar gedir.

Din.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin Energetika naziri Yuval Ştaynits söyləyib. Onun sözlərinə görə, hələlik tərəflər arasında heç bir razılaşma imzalanmayıb:

“Hələlik İsraildən Türkiyəyə gedəcək qaz kəməri ilə bağlı heç bir razılaşmamız yoxdur. Danışıqlar dostluq çərçivəsində aparılır. Siz bilirsiniz ki, biznes-sektor və hökumətlər arasındakı danışıqlar üçün müəyyən zaman lazımdır”.

Qeyd edək ki, İsrail öz qaz kəmərini Türkiyə vasitəsilə Avropaya çatdırmaq istəyir. Rəsmi Təl-Əviv alternativ variant kimi Cənubi Kipr və Yunanıstanı planlaşdırır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...