Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə ilə Qətər arasında böyük hərbi müqavilə: Onlarla zirehli döyüş maşını, təlim gəmiləri, qayıqlar…

Türkiyə ilə yeni ixracat müqavilələrinə imza atıldı.

“DIMDEX 2018” (Dohada təşkil edilən Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransı) sərgisinin 2-ci günündə Türkiyə şirkətləri ilə Qətər arasında əhəmiyyətli müqavilələr imzalanıb.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Qətər Dohada təşkil edilən Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransında (DIMDEX 2018) Türkiyə ilə yeni ixracat müqavilələrinə imza atıb. İmzalanma müqaviləyə əsasən, Türkiyə BMC şirkəti 50 ədəd “Kirpi” adlı MRAP və 35 ədəd Amazon zirehli avtomobili istehsal edəcək.

İki il davam edən danışıqlardan sonra ADIK tərsanəsi, iki təlim gəmisinin təchiz edilməsi üçün Qatar Dəniz Qüvvələri ilə müqavilə imzaladı. Digər tərəfdən, Yonca-Onuk tərsanəsi, Qətər Xüsusi Qüvvələr Komandanlığının ehtiyacları üçün dörd MRTP 24 tipli qayığın təchizatı üçün müqavilə imzaladı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...