Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artır

“Səudiyyə Ərəbistanı hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil”.

“Hadisələrin gedişatı bir daha göstərdi ki, Səudiyyə Ərəbistanı hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil”

Ötən ilin oktyabrında Türkiyənin İstanbuldakı Səudiyyə Ərəbəsitanının Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı olayı ilə bağlı rəsmi Anakara yenidən bəyanat yayıb.

Din.az xəbər verir, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bu haqda məlumat verib.

O bildirib ki, ötən müddət ərzində Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanının şəffaflığı təmin etməməsi, yəni qatilin ekstradisiya edilməməsi bir daha Səudiyyə hökuməti haqda əks fikir formalaşdırdı.

Ərdoğan isə bildirib ki, bu olayla əlaqəli olaraq şəffaflığın təmin edilməməsi Səudiyyə Ərəbistanı hökumətinin özü üçün yaratmaq istədiyi inama zərbə vurub. / Sputnik.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...