Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib

30 xilasedici artıq Türkiyə-İraq sərhədindədir.

Türkiyənin Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarəsi (AFAD) İraqda zəlzələ zonasına axtarış-xilasetmə komandası göndərib.

Din.az bildirir ki, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.

O qeyd edib ki, 30 xilasedici artıq Türkiyə-İraq sərhədindədir, daha 70 xilasedici isə ölkənin şərqinə göndəriləcək.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb. Yaralıların sayı isə 2500-ə çatıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...