Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə İraqla sərhəddə hərbi baza qurur – İDDİA

Bazanın terrorçuların Türkiyə ərazisinə keçməsinin qarşısını almaq üçün inşa edildiyi deyilir.

Türkiyə Ordusu İraq sərhəddi yaxınlığında olan dağlıq bir ərazidə hərbi baza qurduğu bildirilir.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə mediası sözügedən hərbi bazanın İraq sərhədindən terrorçuların Türkiyə ərazisinə keçməsinin qarşısını almaq üçün inşa edildiyi deyilir.

Türkiyə Ordusunun bu bazası Şemdinli rayonunda dəniz səviyyəsindən 2400 metr yüksəklikdə inşa edilir.

Türkiyə rəhbərliyi bu qərarı Bağdad və Ankara birgə sərhəd bölgəsində hərbi əməkdaşlığını inkişaf etdirmək qərarı aldığı bir vaxtda qəbul edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...