Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə İsraili sərt şəkildə qınadı

“Beynəlxalq ictimaiyyəti bu məsələdə fəal olmağa çağırıram”.

Bu gün Qəzzada fələstinlilərin dinc nümayişinə sərt müdaxilə edən İsraili şiddətlə qınayırıq.

Din.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Bölgədə insan ölümlərini və yaralanmalarını, insanın şərəf və ləyaqətinin ayaqlar altına atılmasını, beynəlxalq hüququn pozulmasını qəbul etmək mümkün deyil. BMT başda olmaqla, beynəlxalq ictimaiyyəti bu məsələdə fəal olmağa çağırıram”, – sözçü bildirib.

Qeyd edək ki, son məlumata görə, Qəzzada baş verən iğtişaşlarda 11 nəfər ölüb, 600 nəfər isə yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...