Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə Kəşfiyyatından xaricdə əməliyyat: 6 FETÖ terrorçusu Türkiyəyə gətirildi – FOTO

Fətullah Gülənə bağlı 6 nəfər FETO-çu terrorçu saxlanılıb.

MİT (Milli İstihbarat Teşkilatı) xaricdə FETÖ terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirib.

Din.az xəbər verir ki, Türkiyə Kəşfiyyatı olan – MİT (Milli İstihbarat Teşkilatı) xaricdə FETÖ terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirib.

Məlumata görə, Kosovada yerli təhlükəsizlik nazirliyilə birlikdə keçirilən əməliyyatda 6 Fətullah Gülənə bağlı – fetoçu terrorçu saxlanılıb.

Qeyd edilri ki, terror qruplaşmasında nüfuzlu 6 nəfər; Cihan Özkan, Kahraman Demirez, Hasan Hüseyn Günakan, Mustafa Erdem, Osman Karakaya və Yusuf Karabina təyyarə ilə Türkiyəyə gətiriliblər.

Cihan Özkanın Fətullah Gülən üçün pul yığıb göndərdiyi, Kahraman Demirezin qruplaşmaya çox sayda üzv topladığı, Günakanın məktəblərlə bağlı Kosovadakı işlərə nəzarə etdiyi, Osman Karakayanın Ergenekon olaylarında FETÖ lehinə saxta sənədlər hazırladığı və digər cinayətlər törətməkdə ittiham edilirlər. Tutulanlar haqqında bir neçə ağır maddə ilə cinayət işi açılıb.

Bu əməliyyatın Fətullah Gülənə ağır zərbə olduğu bildirilir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...