Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə mediasının yazdığına görə, qalmaqal yaradan serialı

Məzarlığın məhv edilməsinə qarşı etiraz nümayişləri davam edir.

İşğal altındakı Şərq Qüdsdə qədim Fələstin qəbristanlığının məhv edilməsi ilə bağlı yayılmış video-sübutlar sosial şəbəkələrdə böyük qəzəb dalğası yaradıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, söhbət Əl-Əqsa məscidinin yaxınlığında yerləşən tarixi Bab əl-Rahmə qəbristanlığından gedir. Burada ən qədim qəbirlər VII əsrə aiddir. Bu məzarlıqda Peyğəmbərin (s) sonuncu səhabələri olan – Ubad ibn as-Samit və Şadad ibn Ausun məzarları yerləşir.

Videoda İsrailin təbiət və park idarəsinin təxminən on əməkdaşı görünür. Onlar bir neçə İsrail hərbçisinin müşayiəti ilə ağır çəkiclər və digər alətlər vasitəsilə qədim qəbir daşlarını sındırır və qəbirlərin altını üstünə çevirirlər. Qəbristanlığın yerində tezliklə Milli Parkın tikintisi planlaşdırılır. Məlumata görə, İsrail hökuməti son məhkəmə qərarı verilməmişdən qəbristanlığı dağıtmağa başlayıblar.

Eyni zamanda İsrail rəsmiləri məzarlığın məhv edilməsinə etiraz nümayişlərinin qarşısını ciddi şəkildə alır. Hal-hazırda bir neçə Fələstinlinin yaralandığı və həbs edildiyi bildirilir.

Xatırladaq ki, “TRTAzərbaycan” nəşrinin yaydığı digər xəbərə görə, hələ 2017-ci ilin dekabrında İsrail ekologiya işləri üzrə idarənin işçiləri Bab əl-Rahmə qəbiristanlığına daxil olaraq buradakı ağacları kəsiblər. Buna etiraz edən iki fələstinli qrupa isə polis müdaxilə edib. İki nəfər saxlanılıb. Bu haqda Qüds Müsəlman Qəbristanlıqları Şurasının sədri Mustafa Əbu Zəhra məlumat verib.M.Ə.Zəhra bildirib ki, qəbiristanlıqda 400 şəhid qəbri var. Həmin məzarlar 1967-ci il Ərəb-İsrail müharibəsi zamanı şəhid olmuş fələstinlilərə məxsusdur. Bu məzarlıq işğaldan öncə Fələstin bələdiyyəsi tərəfindən yaradılıb.

#BREAKING Israelis destroy graves in East Jerusalem cemetery

Gepostet von PNNEnglish am Dienstag, 1. November 2016

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...