Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə müdafiə naziri: Silahlı Qüvvələr FETÖ-dan tam təmizlənməyib

“FETÖ ilə mübarizəyə davam edəcəyik.”

Türkiyə Milli Müdafiə Naziri Hulisi Akar Türkiyə Böyük Millətlər Məclisində (TBMM) ona ünvanlanan sualları cavablandırıb.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Naziri Hulisi Akar, “Türkiyə Silahlı Qüvvələri (TSQ), FETÖ-dən tamamilə təmizlənib deyə bilərikmi?” sualına, “Yox əlbəttə, bunun üçün mübarizəyə davam edəcəyik. İnşallah, bu mübarizəmizi yekunlaşdıracayıq”, – deyə bildirib.

Sabiq Milli Müdafiə Naziri Nurəddin Canik, müddətli hərbi xidmət keçirilməsində əsas təhsil olmayacağını açıqlayıb, Akarın nazir olduqdan sonra müddətli əsas təhsil gündəmə gəlmişdi. Akar “MHP-nin də bu tələbin hərbi cinahdan gəldiyini açıqladı, Türk Silahlı Qüvvələrinin (ASK) içini yaxşı bilirsiniz, siz istədiniz”? sualına “Tamamilə təsadüfdür. Normal prosesin sonunda ortaya çıxan nəticə budur”, – deyə cavab verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...