Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə müsəlman ölkələrinə ÇAĞIRIŞ ETDİ

“Ümid edirəm ki, digər müsəlman ölkələri də Qüds məsələsində həssas hərəkət edəcəklər”.

“ABŞ-ın təhdidləri işə yarasa, rəsmi Vaşinqton BMT-dəki səsvermələr zamanı bu qədər əzici məğlubiyyətlə qarşılaşmazdı. Deyək ki, ABŞ Fələstinə yardımları dayandırdı. Bəs biz nə üçün varıq?”.

Din.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir ümid etdiyini bildirib ki, digər müsəlman ölkələri də eyni həssaslığı nümayiş etdirəcək: “Qüds səsverməsi zamanı təzyiqdən qurtulmaq üçün tətilə gedən ölkələrin səfirləri isə bundan sonra Qüds, Fələstin və Qəzza barəsində daha həssas olacaqlar. Biz humanitar yardım və inkişaf layihələri zamanı da Fələstini heç bir zaman tək qoymadıq, siyasi cəhətdən də yalnız buraxmayacağıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...