Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRKİYƏ PREZİDENTİ: “Babam Sarıqamışda donaraq şəhid olub”

R.T.Ərdoğan: “Sarıqamış bir qələbə, qəhramanlıq dastanıdır”.

“Kəndimizdəki bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı xatirələrini bölüşürdülər. Onlar deyirdilər ki, babamı tüfəngə sarılaraq, donduğunu görüblər”.
Din.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.


Dövlət başçısı xatırladıb ki, bu gün Sarıqamış hərakatının 103-cü ildönümdür. R.T.Ərdoğan vurğulayıb ki, Sarıqamış bir qələbə, qəhramanlıq dastanıdır: “Ordumuz onda düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda biz böyük bir bölümümüzü soyuğa qurban verdik. Rusiya ordusu onda cəbhədə 30 mindən çox hərbçisini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: “Tüfəngə sarılaraq, donduğunu gördük”. Yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babam da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə Allah rəhmət etsin”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...